Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib

Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib O, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
Hadisə
14 İyun , 2017 23:49
Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib

Kürdəmir. 14 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda gənc qız dərman içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, axşam saatlarında rayonun 2000-ci il təvəllüdlü Ərşəli kənd sakini Yasəmən Soltan qızı Bayramova dərman preparatları qəbul edərək özünü öldürmək istəyib.

Yaxınları Y.Bayramovanı ağır vəziyyətdə aşkar edərək evə dərhal "təcili yardım" briqadası çağırıblar. Xəstə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən "Report"a bildiriblər ki, Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə lazımi tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi