Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
3 Fevral , 2019 21:17
Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***18:44

Kürdəmir. 3 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aranbürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1941-ci il təvəllüdlü Yaşar Nəsib oğlu Mütəllimovun idarə etdiyi "99-FX-275" dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Nəticədə Mingəçevir şəhər sakini, 1954-cü il təvəllüdlü Solmaz Nurəddin qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatala rayonunda yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi