Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB Zaqatala. 2 fevral. REPORT.AZ/ Zaqatala rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralan şəxsin adları məlum olub.
Hadisə
2 Fevral , 2019 14:05
Zaqatalada yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Zaqatala. 2 fevral. REPORT.AZ/ Zaqatala rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralan şəxsin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobilini aşırıb. Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.


*** 12:51

Zaqatala. 2 fevral. REPORT.AZ/ Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı ölən və yaralanın olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi