Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb - YENİLƏNİB-2

Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb - YENİLƏNİB-2 Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib.
Hadisə
9 Fevral , 2024 13:51
Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb - YENİLƏNİB-2

Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Alıyevaya və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

13.33

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Alıyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində N.Alıyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

13:26

Kürdəmirdə ağır qətl hadisələri törədilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Alıyev İlham İsa oğlu əvvəlcə anası Alıyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi