Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol verdiyi
Hadisə
5 May , 2024 09:32
Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi