Kürdə batan şəxslərin axtarışları davam etdirilir

Kürdə batan şəxslərin axtarışları davam etdirilir Ötən gün - iyunun 15-də Kür çayında çimərkən batan şəxslərin axtarışları davam etdirilir.
Hadisə
16 İyun , 2020 10:03
Kürdə batan şəxslərin axtarışları davam etdirilir

Ötən gün - iyunun 15-də Kür çayında çimərkən batan şəxslərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 15-də çayın rayonun Hunanlar kənd ərazisindən keçən hissəsində 2 nəfər - Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda çimərkən boğulublar. 

Son xəbərlər

Orphus sistemi