Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb

Hadisə
  • 01 avqust, 2025
  • 01:17
Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb

Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakin, 1986-cı il təvəllüdlü Sənan Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Əliyev bir neçə gün öncə Kür çayında batıb. Onun çayda çimən zaman batdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.