Yuxarı

Külək Azərbaycanın şimal-qərb rayonlarında fəsadlar törədib - FOTO

Yollarda avtomobillərin hərəkəti dayanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ötən gecə Azərbaycanda yağan leysan yağış və güclü külək şimal-qərb bölgəsində bir çox fəsadlar törədib. "Report" xəbər verir ki, təbiət hadisəsi ən çox Qax rayonuna ziyan vurub.

Belə ki, Qax rayon 16 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Rövşən Heydərov "Report"a bildirib ki, Yevlax-Zaqatala-Gürcüstan və Qorağan-Qax-Zaqatala avtomobil yolunda 70-dən çox iri və xırda ağaclar avtomobil yollarına aşıb və yolda avtomobillərin hərəkəti dayanıb. 

Gecə saat 3-dən etibarən Yol İstismar İdarəsinin əməkdaşları avtomobil yolunu təmizləyib. 

Qax Elektrik Şəbəkəsindən "Report"a verilən məlumata görə, külək elektrik təsərrüfatına da ciddi ziyan vurub: "Meşə massivinə yaxın olan 15-20 kəndin elektrik enerjisi elektrik dirəklərinin və 10 kv-luq naqillərin aşması nəticəsində dayandırılıb. Kəndlərdə elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi