“Kriminal aləm”də Rahim Şəkinski kimi tanınan şəxs və həyat yoldaşı Fransada güllələnib - YENİLƏNİB-2

“Kriminal aləm”də Rahim Şəkinski kimi tanınan şəxs və həyat yoldaşı Fransada güllələnib - YENİLƏNİB-2 Bakı. 30 mart. REPORT.AZ/ Fransada silahlı hücuma məruz qalan Rahim Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.
Hadisə
30 Mart , 2018 14:00
“Kriminal aləm”də Rahim Şəkinski kimi tanınan şəxs və həyat yoldaşı Fransada güllələnib - YENİLƏNİB-2
Rahim Namazov

Bakı. 30 mart. REPORT.AZ/ Fransada silahlı hücuma məruz qalan Rahim Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.

"Report"un məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. 

R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.


*** 13:40

Bakı. 30 mart. REPORT.AZ/ “Report”un francetvinfo.fr saytına istinadən verdiyi məlumata görə, güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb.


*** 13:12

Bakı. 30 mart. REPORT.AZ/ Fransada yaşayan iki azərbaycanlı güllələnib.

“Report”un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Son xəbərlər

Orphus sistemi