Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu Plenumun icraatına qəbul edib

Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu Plenumun icraatına qəbul edib Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
8 Yanvar , 2021 12:08
Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu Plenumun icraatına qəbul edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 29-na təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Ombudsmanın verdiyi sorğudakı hər iki maddə yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri ilə bağlıdır.

Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən, ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

85.4-cü maddədə isə qeyd edilir ki, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

Son xəbərlər

Orphus sistemi