Konstitusiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin müraciətinə baxacaq

Konstitusiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin müraciətinə baxacaq Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Hadisə
8 Fevral , 2021 16:04
Konstitusiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin müraciətinə baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, toplantıda İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb və icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilən iclasında baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 110-cu madəsi inzibati xəta haqqında işin baxılması yerini müəyyən edir. 110.1-ci maddəyə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

Son xəbərlər

Orphus sistemi