Konqoda etnik düşmənçilik zəminində onlarla insan öldürülüb

Konqoda etnik düşmənçilik zəminində onlarla insan öldürülüb Bakı. 5 fevral. REPORT.AZ/ Konqoda etnik düşmənçilik zəminində qarşıdurma baş verib.
Hadisə
5 Fevral , 2018 06:52
Konqoda etnik düşmənçilik zəminində onlarla insan öldürülüb
Foto: Military-today.com

Bakı. 5 fevral. REPORT.AZ/ Konqoda etnik düşmənçilik zəminində qarşıdurma baş verib.

"Report" xəbər verir ki, "Sinxua" təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşma ölkənin şərqində, İturi vilayətində, Buniya şəhəri yaxınlığında baş verib.

Lendu etnik qrupunun üzvləri Xema etnik qrupuna hücum edib. Toqquşma zamanı 26 nəfər həlak olub. Vilayətin hökumət orqanlarındakı mənbənin məlumatına görə, bir neçə ev yandırılıb. 

Qeyd edək ki, yanvarın əvvəllərində prezident seçkilərinin ləğvinə etiraz əlaməti olaraq ölkəni narazılıq bürüyüb. Kinşasada güc strukturları ilə toqquşmalarda 7 nəfər öldürülüb.  

Son xəbərlər

Orphus sistemi