Komitə: Rayon təcridxanalarında ən çox aliment borcu olanlar saxlanılır

Komitə: Rayon təcridxanalarında ən çox aliment borcu olanlar saxlanılır İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovun iştirakı ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçiriblər.
Hadisə
6 Fevral , 2020 18:52
Komitə: Rayon təcridxanalarında ən çox aliment borcu olanlar saxlanılır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovun iştirakı ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçiriblər.

Komitə sədrinin müavini E.Şirinov “Report”a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanılma şəraitləri, onlara qarşı münasibət, hüquqlarının təmin olunması, qidalanmaları, dərman preparatları ilə təmin edilməsi, təcridxanalardakı istilik sisteminə baxış keçirilib:

“Biz Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlər keçirdik. Saxlanılan şəxslərin çoxları inzibati qaydada həsb olunanlar idi. Həmin şəxslər xırda talama və alimentlə bağlı həsb edilənlər idi. Onların saxlanma şəraitlərindən heç bir şikayətləri olmadı”.

Son xəbərlər

Orphus sistemi