​Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb

​Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb O, dələduzluq və saxta sənəd hazırlamaqda ittiham olunur
Hadisə
5 Aprel , 2016 06:50
​Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının (UTŞ) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, bir sıra cinayətlərdə, o cümlədən dələduzluq, saxta sənəd və möhür hazırlamaqda ittiham olunur.

"Hüquq mühafizəçilərinin qiymətləndirməsinə görə, saxlanılan şəxsin fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarıb. Xüsusi xidmət orqanı əməkdaşları müəyyən ediblər ki, əcnəbi Ukraynada da "profili üzrə işləməy"i planlaşdırıb", - deyə UTŞ-nın məlumatında bildirilir.

Ukrayna məhkəməsi yaxın vaxtlarda saxlanılan şəxsin Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi