Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü quldurluq ittihamı ilə həbs olunub

Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü quldurluq ittihamı ilə həbs olunub Kiyev. 7 noyabr. REPORT.AZ/ Ukraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub. 
Hadisə
7 Noyabr , 2017 17:14
Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü quldurluq ittihamı ilə həbs olunub

Kiyev. 7 noyabr. REPORT.AZ/ Ukraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub. 

"Report" xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1993-cü il təvəllüdlü Abbasov Əli hazırda Kiyev şəhəri Qoloseevskiy rayon polis idarəsində saxlanılır.

O, rayon ərazisində digər istintaqa məlum olmayan, sonradan qaçıb gizlənən bir şəxslə yerli biznesmenlərdən birinə hücum edərək təhdidlə onu soymaqda ittiham olunur. 

Azərbaycanlı gənc barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib, istintaq aparılır. 

Ə.Abbasovun Kiyevdə azərbaycanlı gənclərin yaratdığı diaspor təşkilatının üzvü olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi