Kəlbəcər sakini sirkə turşusu içərək intihar edib

Kəlbəcər sakini sirkə turşusu içərək intihar edib Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
23 Noyabr , 2015 23:15
Kəlbəcər sakini sirkə turşusu içərək intihar edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bərdə rayonunda intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Gərənə kəndində qeydə alınıb.

Kənd ərazisində müvvəqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün Amil Quluyev sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən 56 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Amil Quluyev əvvəllər Kəlbəcər rayon icra hakimiyyətində kənd icra nümayəndəsi vəzifəsində calışıb. Bir neçə il bundan əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi