Bakıda yaşlı qadına qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda yaşlı qadına qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
19 Dekabr , 2018 12:42
Bakıda yaşlı qadına qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, polis əməkdaşı vəzifəsində çalışıb. O, Qaradağ rayon ərazisində sahə müvəkkili kimi işləyib.

Daha sonra dövlət ittihamçısı cinayət materialları ilə tanış olmadığını deyib, məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, V.Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Son xəbərlər

Orphus sistemi