Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.
Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılıb Azərbaycana ekstradisiya edilib.