Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb

Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
18 Aprel , 2019 09:16
Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb

Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 4 zərərçəkmiş var.

Qeyd edək ki, D.Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub.

Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib.

Son xəbərlər

Orphus sistemi