Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib 2021-ci il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Hadisə
2 Sentyabr , 2021 09:48
Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Cəlilabad rayonunda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.

Aparılan istintaqla zərərçəkmişin keçmiş əri Cavid Bayramovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi