Keçmiş arvadını moteldə öldürən şəxsə hökm oxunub - FOTO

Keçmiş arvadını moteldə öldürən şəxsə hökm oxunub - FOTO O, 15 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 Oktyabr , 2015 11:04
Keçmiş arvadını moteldə öldürən şəxsə hökm oxunub - FOTO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il baş verib. Z.İsmayılov hadisə günü keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda “VAZ 2107” markalı avtomobilə əyləşəndə görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Z.İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Z.İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi “VAZ 2107” markalı maşının təkərlərini bıçaqla deşərək boşaldıb. Sonra otağa daxil olan Z.İsmayılov V.Abdullayeva ilə mübahisə edərək “Burada nə gəzirsən” deyə soruşub. Keçmiş arvadı isə onu təhqir edib. Bu zaman Z.İsmayılov üzərində gəzdirdiyi bıçaqla V.Abdullayevanı qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Z.İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı V.Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırmışlar.

Son xəbərlər

Orphus sistemi