Keçən il Bakıda 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib

Keçən il Bakıda 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib 5 nəfər tutduğu vəzifədən azad olunub
Hadisə
1194
24 Yanvar , 2018 17:57
Keçən il Bakıda 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-ci ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Kolegiyada tələb edilib ki, Şəhər Prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Son xəbərlər

Orphus sistemi