Bölgələrdən paytaxta sərnişin daşıyan daha bir sürücü həbs edildi

Bölgələrdən paytaxta sərnişin daşıyan daha bir sürücü həbs edildi Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov
Hadisə
1837
29 İyul , 2020 18:10
Bölgələrdən paytaxta sərnişin daşıyan daha bir sürücü həbs edildi

Video əlavə olunub

16:59

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda, həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizm tədbirləri görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi