Rusiyadan konfetlərin arasında kalium permanqanat gətirən şəxs saxlanılıb

Rusiyadan konfetlərin arasında kalium permanqanat gətirən şəxs saxlanılıb Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
21 Dekabr , 2018 13:59
Rusiyadan konfetlərin arasında kalium permanqanat gətirən şəxs saxlanılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Şirvanlı" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatı ilə baxış zamanı konfet kağızlarına bükülmüş formada, konfetlərin arasından 10 ədəd 5 qramlıq şüşə flakonda kalium permanqanat aşklarlanıb.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi