Kafedə qətl törədən şəxsə hökm oxunub

Kafedə qətl törədən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə iclası başa çatıb.
Hadisə
14 May , 2019 11:28
Kafedə qətl törədən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi