İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub İsveçin paytaxtı Stokholmda öldürülən azərbaycanlının kimliyi və bəzi detallar məlum olub.
Hadisə
15 Oktyabr , 2021 12:18
İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub

İsveçin paytaxtı Stokholmda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

İsveç Azərbaycanlılar Konqresindən “Report”un Avropa bürosuna verilən məlumata görə, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Mahmudov Ramil Məhəmmədəli oğludur.

O, İsveçin Yarfema qəsəbəsində yaşayıb və transport şirkətində çalışıb. Məlumata görə, R.Mahmudov bir neçə dəfə soyadını dəyişdirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Stokholmda naməlum silahlılar milliyətcə azərbaycanlı olan bir nəfəri güllələyərək öldürüblər.

Mahmudov Ramil
Mahmudov Ramil

Son xəbərlər

Orphus sistemi