İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanılıb 

İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanılıb  İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanılıb Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda “Komançero” adlı beynəlxalq terror təşkilatının üzvləri həbs olunub. Bu barədə “Report” “Trthaber”ə istinadən xəbər verir. Bildirilib ki
Hadisə
2 Noyabr , 2023 11:07
 İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanılıb 

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda “Comenchero” adlı beynəlxalq terror təşkilatının 37 üzvü həbs olunub.

“Report” xəbər verir verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Bildirilib ki, mərkəzi Avstraliya olan və qlobal miqyasda fəaliyyət göstərən “Comenchero” adlı Transmilli Silahlı Mütəşəkkil Cinayətkarlıq Təşkilatının qondarma lideri Mik Havi 2018-ci ildə öldürülüb.

Daha sonra terror təşkilatı Mark Duqlas Buddenin rəhbərliyi altında fəaliyyətini davam etdirib. Onun beynəlxalq narkotik ticarəti, qətl, silahlı talan, adam oğurluğu və cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması kimi cinayətlərdə təqsirli bilindiyi vurğulanıb. Təşkilatın lideri Mark Duqlas Budde 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində tutularaq Avstraliyaya təhvil verilib.

İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Təhlükəsizlik Baş İdarəsi, Narkotik Cinayətlərinə Qarşı Mübarizə İdarəsi və İstanbul Polis İdarəsi transmilli silahlı mütəşəkkil cinayətkar qrup “Comenchero”ya qarşı birgə əməliyyat keçirib.

Təşkilatın Türkiyədəki 4,5 milyard lirə dəyərində əmlakına həbs qoyulub.

Son xəbərlər

Orphus sistemi