İsmayıllıda gənc oğlan qəbiristanlıqda intihar edib
Hadisə
- 04 iyun, 2023
- 10:19
İsmayıllı rayonunun Mican kənd sakini intihar edib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, Qalacıq kəndinin sakinləri bu gün saat 12:40 radələrində qəbrisitanlığın ərazisindəki yardımçı tikilidə Mican kənd sakini, 1998-ci il təvəllüdlü Rəvan Cəfərovun meyitini aşkarlayıblar. Sakinlər dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər.
R.Cəfərovun kəndirlə özünü asaraq intihar etdiyi məlum olub. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ bilinmir.
Hazırda polis və prokurorluq işçiləri hadisə yerindədir.
Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılacaq.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
15:48
Azər Fərəcov: "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur"
İnfrastruktur15:46
Avropada "Patriot" sistemləri üçün raketlərə xidmət mərkəzi yaradılacaq
Digər ölkələr15:44
"Səbail" Vüsal Əliyevin keçidini reallaşdırıb
Futbol15:43
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır
İnfrastruktur15:41
Zirə"nin kapitanı Qismət Alıyev: "Torpedo" ilə oyuna tam hazırıq"
Futbol15:38
ATƏT PA-da Azərbaycan və ABŞ heyətləri arasında görüş keçirilib
Xarici siyasət15:35
Azər Fərəcov: "Bakı-Tbilisi-Bakı marşrutu üzrə 5 500-ə yaxın bilet satışa çıxarılıb"
İnfrastruktur15:34
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması elektronlaşdırılacaq
Milli Məclis15:33