İsmayıllı sakini maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçırıb

İsmayıllı sakini maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçırıb İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Hadisə
17 Dekabr , 2021 13:24
İsmayıllı sakini maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçırıb
Əziz Şıxıyev
0 : 00
0 : 00

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əziz Şıxıyev olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində avtomobil sürmək istədiyi üçün nəqliyyat vasitəsini qaçırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi