Bir qrup şəxs hərbi formada azad olunmuş ərazilərə keçməyə cəhd göstərib

Bir qrup şəxs hərbi formada azad olunmuş ərazilərə keçməyə cəhd göstərib İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslə saxlanılıb
Hadisə
23 Fevral , 2021 16:26
Bir qrup şəxs hərbi formada azad olunmuş ərazilərə keçməyə cəhd göstərib

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Belə ki, bu il fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilən nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar. Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Lakin polisin tələbinə əsasən, onlar heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər.

Qeyd edilib ki, onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, xüsusi geyim formasında olan bu şəxslər - Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq haradansa əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad olunmuş ərazilərə keçmək niyyətində olublar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi