İmişlidə sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb

İmişlidə sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb İmişlidə sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb.
Hadisə
10 May , 2023 13:26
İmişlidə sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb

İmişlidə sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yalavac kəndində yaşayan Elgün Əliyevə məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, kənd ərazisində sürü halında dolaşan sahibsiz itlər qoyun sürüsünə hücum edib. Nəticədə itlər 11 baş xırdabuynuzlu heyvanı parçalayıb, 15 baş qoyun-quzunu isə yaralayıb.

Məlumata görə, təsərrüfat sahibinə xeyli ziyan dəyib.

E.Əliyev “Report”un əməkdaşına bildirib ki, kənd sakinləri dəfələrlə belə hallarla üzləşir:

O deyib ki, sürü halında gəzən 30-dan çox it heyvanlara qənim kəsilib: “Sahibsiz itlərlə bağlı tədbir görülmədiyinə görə, problem daha da böyüyür. Əgər tədbir görülməsə növbəti qurbanlar uşaqlar olacaq".

Qeyd edək ki, kənd sakinləri son iki ildə bir neçə dəfə belə hallarla üzləşib.

Son xəbərlər

Orphus sistemi