İmişlidə 30 yaşlı qadın itkin düşüb

İmişlidə 30 yaşlı qadın itkin düşüb İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.
Hadisə
902
16 Sentyabr , 2021 10:50
İmişlidə 30 yaşlı qadın itkin düşüb

İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, İmişli rayonunun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi