İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb
Hadisə
- 14 yanvar, 2023
- 05:07
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
07:07
ABŞ Mərkəzi Komandanlığının rəhbəri: Fars körfəzində İran gəmiləri yoxdur
Digər ölkələr06:39
SEPAH Küveytdə ABŞ hərbçilərinin olduğu yerə hücum etdiyini bildirib
Region06:23
KİV: İranın paytaxtı və İsfahanda partlayışlar baş verib
Region06:05
Səudiyyə Ərəbistanı təhlükəsizlik üçün tədbirlər görməyə hazır olduğunu bildirib
Digər ölkələr05:33
BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib
Digər ölkələr05:07
Video
ABŞ Ordusu İranın 17 hərbi gəmisinin məhv edildiyini açıqlayıb
Digər ölkələr04:48
"Barselona" "Atletiko"nu darmadağın etsə də, İspaniya Kubokunun finalına çıxa bilməyib
Futbol04:20
İsrail Ordusu İrandan yeni raket atışları barədə məlumat yayıb
Digər ölkələr04:09