İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib

Hadisə
  • 02 iyul, 2025
  • 10:44
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
İlqar Səfərov

Əgər Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilibsə, onlara qarşı zorakılıq tətbiq olunubsa, Baş prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq.

"Report" xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

O deyib ki, Rusiya hüquq-mühafizə orqanlarının hələ ki rəsmi mövqeyini görə bilməyiblər:

“Əksinə, Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz nəşləri Azərbaycanda ekspertiza etdikdən sonra gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı rəyləri fərqli olacaq”.