Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb

Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb Hər iki faktla əlaqədar araşdırma aparılır
Hadisə
4 Avqust , 2015 12:14
Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadaların vurulmasına görə, iki sürücü saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firdovsi Xəlilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Range Rover" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Əbülfəz Abdullayev saxlanılıb.

Həmçinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Vəlizadəni xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-2106" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Fəxrəddin Dadaşov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi