İki piyadanı maşın vuraraq öldürüb

İki piyadanı maşın vuraraq öldürüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
15 Oktyabr , 2016 11:50
İki piyadanı maşın vuraraq öldürüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanda iki piyadanı maşın vuraraq öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 14-də saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub. R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Digər analoji hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Oktyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi