II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb - FOTO

II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb - FOTO Hacı Cəfərov doğulduğu Naxçıvanda dəfn olunmasını vəsiyyət edibmiş
Hadisə
14 Dekabr , 2017 10:16
II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb - FOTO
Report

Bakı. 14 dekabr. REPORT.AZ/ İsveçrədə yaşayan azərbaycanlının doğulduğu Naxçıvanda dəfn olunması ilə bağlı vəsiyyətinə baxmayaraq meyiti yandırılıb.

"Report" xəbər verir ki, İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib.

O, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə icazə verməyib. O, atasının meyitinin yandırılmasına qərar verib.

Qeyd edək ki, Hacı Cəfərov 1920-ci ildə Naxçıvanda dünyaya gəlib. 67 il əvvəl-İkinci Dünya müharibəsi (1941-1945) vaxtı alman faşistlərinə əsir düşərək İsveçrədə qalıb. İsveçrəli bir qadınla ailə qurub, bir qızı və bir oğlu var.   

Son xəbərlər

Orphus sistemi