İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb

İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb Bütün sərhədboyu ərazilər daxil olmaqla axtarışlar aparılır
Hadisə
10 Dekabr , 2015 12:32
İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu gün genişmiqyaslı axtarışlara başlanılıb.

Bütün sərhədboyu ərazilər daxil olmaqla axtarışlar aparılır.

Hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 7 gəmisi, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 gəmi və 2 helikopteri axtarışı həyata keçirir.

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki 4 qaz quyusundakı yanğının söndürülməsi ilə isə 5 gəmi məşğuldur.

Son xəbərlər

Orphus sistemi