İtən alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Rabitə Nazirliyinə sorğu verilib

İtən alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Rabitə Nazirliyinə sorğu verilib Axtarışlara ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də qoşulub
Hadisə
28 Dekabr , 2017 17:13
İtən alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Rabitə Nazirliyinə sorğu verilib
Report

Quba. 28 dekabr. REPORT.AZ/ İtkin düşmüş alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib.

"Report"un Şimal bürosunun müxbirinin əldə etdiyi məlumata görə, alpinistlərlə sonuncu dəfə dekabrın 24-də, saat 19:02-də telefon əlaqəsi olub. Buna görə də alpinistlərin sonuncu telefon əlaqəsi zamanı harada olmasını müəyyənləşdirməkdən ötrü yaxınları tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib.

Qeyd edək ki, itkin düşən alpinistlərin axtarışları üçün Quba rayonunu Xınalıq kəndində  qərargah yaradılıb. Bu gün axtarışlara ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də qoşulub.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Son xəbərlər

Orphus sistemi