İtaliyada sürücü avtomobili Milad bazarına gələn piyadaların üstünə sürüb

İtaliyada sürücü avtomobili Milad bazarına gələn piyadaların üstünə sürüb Hadisə Sondrio şəhərində baş verib
Hadisə
9 Dekabr , 2017 20:40
İtaliyada sürücü avtomobili Milad bazarına gələn piyadaların üstünə sürüb

Bakı. 9 dekabr. REPORT.AZ/ İtaliyada təşkil olunan Milad bazarında sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yerli KİV-in məlumatına görə, hadisə Sondrio şəhərinin mərkəzi meydanında qeydə alınıb.

Sürücü saxlanılıb, asayiş keşikçiləri hadisənin səbəblərini araşdırır.

Eyni zamanda qeyd olunur ki, saxlanılan şəxs ərazidən qaçmaq istəyib. Onun sərxoş olduğu istisna edilmir.

Son xəbərlər

Orphus sistemi