İstintaq təcridxanalarına narkotik maddə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanalarına narkotik maddə keçirilməsinin qarşısı alınıb Bakı. 21 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İstintaq təcridxanalarına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Hadisə
21 Avqust , 2018 12:03
İstintaq təcridxanalarına narkotik maddə keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İstintaq təcridxanalarına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Səmədov Amid Tofiq oğlu müəssisəyə daxil olarkən üzərinə və əşyalarına baxış keçirilən zaman çantasında olan paltarların arasında gizlətdiyi bükülüdə ümumilikdə 7 ədəd “Tramadol” və “Diazepam” dərman həbləri aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Səmədov Telman Əzizağa oğluna qızı Bakı şəhər sakini Səmədova Fatimə Telman qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman “Zolotoy sad” meyvə şirəsinin içərisində 0,789 qram tiryək aşkar edilib.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi