İsmayıllıda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

İsmayıllıda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB İsmayıllı. 27 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
27 Avqust , 2018 19:09
İsmayıllıda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

İsmayıllı. 27 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi "VAZ-2107" markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış rayon sakini, Tahir Ağasadıq oğlu Məmmədova məxsus "QAZ-53" markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb. Qəza nəticəsində minik maşını iki hissəyə bölünüb. İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər - Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


***18:43

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. 

“Report”un Şirvan bürosunun xəbərinə görə, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkətdə olan  "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq "QAZ-53" markalı markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb və iki yerə bölünüb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı sürücü ölüb və avtomobildə olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


***18:16

İsmayıllı. 27 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Hadisə zamanı ölən və yaralananların olduğu deyilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi