İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar İsmayıllı. 9 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Hadisə
9 Fevral , 2019 10:15
İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar

İsmayıllı. 9 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar. 

Bu barədə “Report”un Şirvan bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər - rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov Tofiq Xəlilov saxlanılıb. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb. 

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması ) maddəsi ilə barələrində inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi