İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürüldü

Hadisə
  • 13 fevral, 2020
  • 06:43
İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürüldü

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Namiq Babayevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

44 filmi