İsmayıllı sakinindən ov tüfəngi götürülüb

Hadisə
  • 27 dekabr, 2019
  • 09:16
İsmayıllı sakinindən ov tüfəngi götürülüb

İsmayıllı rayon sakinində ov tüfəngi aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalacıq kənd sakini R.Ramazanovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi