Bakıda iş adamına qarşı quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda iş adamına qarşı quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
245
26 Yanvar , 2019 15:10
Bakıda iş adamına qarşı quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb.

Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi