Bakıda iş adamına qarşı quldurluq edən şəxsə hökm oxunub

Bakıda iş adamına qarşı quldurluq edən şəxsə hökm oxunub Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Dekabr , 2018 12:40
Bakıda iş adamına qarşı quldurluq edən şəxsə hökm oxunub
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb.

Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürüb.

Son xəbərlər

Orphus sistemi