İranlı turistlər Türkiyədə qəzaya düşüb, 8 nəfər ölüb

İranlı turistlər Türkiyədə qəzaya düşüb, 8 nəfər ölüb Faktla bağlı iki nəfər saxlanılıb
Hadisə
31 Mart , 2018 10:52
İranlı turistlər Türkiyədə qəzaya düşüb, 8 nəfər ölüb

Bakı. 31 mart. REPORT.AZ/ Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.

Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.

Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi