İrandan Azərbaycana saqqız qabında tiryək keçirilməsinə cəhd edilib

İrandan Azərbaycana saqqız qabında tiryək keçirilməsinə cəhd edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Sentyabr , 2017 12:42
İrandan Azərbaycana saqqız qabında tiryək keçirilməsinə cəhd edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

DGK-dan "Report"a daxil olan məlumata görə, bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. 

"Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi