​İrandan Azərbaycana gələn şəxsin üzərindən narkotik vasitə aşkarlanıb

​İrandan Azərbaycana gələn şəxsin üzərindən narkotik vasitə aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Aprel , 2015 11:29
​İrandan Azərbaycana gələn şəxsin üzərindən narkotik vasitə aşkarlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşının üzərindən 2,68 qram narkotik vasitə - metadon aşkar olunub. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, narkotik vasitə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Yelmar Zeynalovun üzərində şəxsi yoxlama zamanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi